“Mançester Yunayted”in yeni transferi Brunu Fernandeş yeni klubu barədə düşüncələrini dilə gətirib.

Portuqaliyalı yarımmüdafiəçi hələ Kriştianu Ronaldunun dövründən mançesterlilərin oyununu izlədiyini söyləyib: “Ronaldu sayəsində bu komandaya məhəbbətim yaranıb, fanatı olmuşam. Onun forması ilə çıxış etmək həqiqətən də inanılmazdır. Mən etimad qazanmaq üçün çox əziyyət çəkmişəm. Azarkeşlərə söz verirəm ki, əlimdən gələni edəcəyəm. Mənə belə imkan yaratdığına görə “Sportinq”ə təşəkkür edirəm. Bu komandanın sabiq oyunçularının haqqımda xoş fikirləri eşitmək qürurvericidir. Məni komandaya dəvət etdiyinə görə baş məşqçi Sulşerə də təşəkkür edirəm”.